22 C
Baku
Çərşənbə axşamı, Sentyabr 17, 2024

Bizə yaz

Amerikalı alimlər təsdiqlədi – “Koronavirus laboratoriya məhsuludur”

ABŞ elm adamları koronavirusun laborator mənşəli olduğuna dair dəlillər aşkarlayıb. “The Wall Street Journal” dərcinin yazdığına görə, mütəxəssislər “SARS-CoV-2”-nin təbii koronavirusda rastlanmayan genetik bir izə sahib olduğunu üzə çıxarıb. Alimlərin sözlərinə görə, virus insanlarda artıq adaptasiya olub və son dərəcə aqressiv formada yayılmağa başlayıb. Bir neçə ay ərzində ciddi bir mutasiyaya məruz qalmayıb. İlk belə dəyişiklik Böyük Britaniyada tapılıb. Alimlər hesab edir ki, bu, yeni koronavirusun insanlar arasında yayılmadan əvvəl uzun bir uyğunlaşma dövrü keçdiyini göstərir. Bu cür genetik quruluşa sahib virus yaratmağın bir yolu var: virusun təbii təkamülünü simulyasiya etmək və effektivliyini artırmaq üçün onu insan hüceyrələrində böyütmək. “Elmi dəlillər koronavirusun genlərinin birləşdirilməsinin laboratoriyada həyata keçirildiyini göstərir” – deyə, alimlər qeyd edib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR