18 C
Baku
Bazar, Sentyabr 8, 2024

Bizə yaz

Aİ Rusiya aktivlərinin gəlirini Ukraynanın müdafiəsinə xərcləyir

Avropa İttifaqı Rusiyanın aktivlərindən əldə etdiyi 1,5 milyard avro gəliri Ukraynanın müdafiəsinə ayırır.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen iyulun 26-da Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivləri sayəsində əldə etdiyi 1,5 milyard avronu “Ukraynanın müdafiəsinə” xərcləmək üçün istifadə edəcək.

“Aİ Ukraynanı dəstəkləyir. Bu gün biz Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən 1,5 milyard avro vəsaiti Ukraynanın müdafiəsi və yenidən qurulmasına köçürürük”, – deyə o, X hesabında yazıb.

Kreml qeyd edib ki, Moskva Rusiya aktivlərinin oğurlanmasına mütləq cavab verəcək.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR