22 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

AEBA-nın baş direktoru nüvə obyektlərini yoxlamaq üçün Ukraynaya gedib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Ukraynaya gedib.

Tvit.az xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru “Twitter“də bildirib.

“AEBA-nın ölkənin nüvə obyektlərinin təhlükəsizliyini təmin etmək missiyasına başlamaq üçün Ukrayna sərhədini keçdim. Nüvə qəzası təhlükəsinin qarşısını almaq üçün indi hərəkətə keçməliyik”, – Qrossi bildirib.

AEBA isə yaydığı məlumatda qeyd edib ki, Ukraynanın nüvə obyektlərinin təhlükəsizliyini təmin etmək, insanlara və ətraf mühitə təhlükə yarada biləcək mümkün qəzanın qarşısını almaq üçün Agentliyin planlaşdırdığı təcili texniki yardımla bağlı baş direktor Qrossi Ukraynanın yüksək səviyyəli hökumət rəsmiləri ilə danışıqlar aparacaq.

“Hərbi münaqişə Ukraynanın Atom Elektrik Stansiyalarını və radioaktiv materialı olan digər obyektlərini görünməmiş təhlükə qarşısında qoyur. Biz onların təhlükəsiz fəaliyyətini davam etdirə bilməsi və həm Ukraynada, həm də onun hüdudlarından kənarda sağlamlığa və ətraf mühitə ciddi təsir göstərə biləcək nüvə qəzası riskinin olmamasına əmin olmaq üçün təcili tədbirlər görməliyik”, – baş direktor Qrossi vurğulayıb.

Səfər zamanı baş direktor Ukraynanın Atom Elektrik Stansiyalarından birinə baş çəkəcək.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR