16 C
Baku
Bazar, Sentyabr 22, 2024

Bizə yaz

ABŞ vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırıb

ABŞ səfirliyi vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırıb.

Tvit.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Kiyevdəki səfirliyinin “Twitter“ səhifəsində məlumat yerləşdirilib.

Səfirlik ABŞ vətəndaşlarını sığınacaq yerlərində qalmağa və təhlükəsiz olduqda mövcud olan yerüstü nəqliyyat vasitələrindən istifadə edərək Ukraynanı tərk etməyə çağırıb.

“Ukraynada təhlükəsizlik vəziyyəti çox dəyişkəndir və vəziyyət xəbərdarlıq edilmədən pisləşə bilər. ABŞ vətəndaşları ayıq olmalı və təhlükəsizlik məlumatlarını vaxtında əldə etmək üçün müvafiq addımlar atmalıdırlar”.

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Rusiya qanadlı raketlərlə Ukraynanın Kiyev, Xarkov, Odessa və Lvov da daxil olmaqla, bir sıra şəhərlərini bombalamağa başlayıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR