22 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

ABŞ Ukraynaya 100 milyon dəyərində əlavə “Javelin” raketləri göndərəcək

ABŞ Ukraynaya 100 milyon dollar dəyərində əlavə “Javelin” raketləri göndərəcək.

Tvit.az-ın BBC-yə istinadən xəbərinə görə, bu ABŞ-ın Ukraynaya ötən ilin avqustundan etibarən sayca 6-cı hərbi ləvazimat yardımı olacaq.

ABŞ Dövlət Departamentinin məlumatına görə “Javelin”lərin yeni partiyasının göndərilməsi ilə fevralın 24-də Rusiyanın hücuma keçməsindən sonra ABŞ-ın Ukraynaya göndərdiyi hərbi vasitələrin ümumi dəyəri 1,7 milyard dollara çatacaq.

Pentaqonun mətbuat katibi Con Körbi bildirib ki, yeni ayrılmış maliyyə yardımı Ukraynanın əlavə “Javelin” zirehli vasitələr əleyhinə raketlərinə təcili ehtiyacının qarşılanmasına yönəldiləcək və onlar bu silah növündən ölkələrinin müdafiəsi üçün aktiv şəkildə istifadə edirlər.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR