18 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

ABŞ hakimiyyəti İsrailin hərbi əməliyyatlarını dəstəkləmir

ABŞ hakimiyyəti İsrailin Qəzza zolağı və Livandakı hərbi əməliyyatlarını dəstəkləmir.

Tvit.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Sabrina Sinq brifinqdə bildirib.

“Söhbətin şimal bölgələrindən və ya Qəzzadan getməsindən asılı olmayaraq, hücum əməliyyatlarını dəstəkləmirik. Prezident [ABŞ Co Bayden ] aydın şəkildə bildirdi ki, biz İsrailə lazım olarsa, özünü müdafiə etmək üçün dəstək verəcəyik”, – deyə o, bildirib.

O, həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar Yaxın Şərqdə münaqişənin deeskalasiyasına mane ola biləcək hərəkətlərə qarşıdır. Sinq vurğulayıb ki, mövcud vəziyyətdən ən yaxşı çıxış yolu sülh sazişinin bağlanmasıdır.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR