25 C
Baku
Cümə, Aprel 19, 2024

Bizə yaz

ABŞ-da erməni ailə koronavirus xəstələrinə yardım fondunun 20 milyon dollarını mənimsəyib

ABŞ-da koronavirus xəstələrinə yardım fondunun vəsaitini mənimsəyən erməni ər-arvad barədə qiyabi hökm çıxarılıb.

Tvit.az-ın “news.am” saytına istinadla xəbərinə görə, Riçard Ayvazyan 17 il, arvadı Rita Terabelyan isə 6 il azadlıqdan məhrum ediliblər.

Lakin təqsirləndirilən şəxslərin tapılması mümkün olmadığı üçün hökm qiyabi çıxarılıb. ABŞ-ın Ədliyyə Nazirliyindəki mənbə bildirib ki, tərəflər bank dələduzluğu və çirkli pulların yuyulmasında ittiham edilirlər. Hökmü elan edən hakim Ayvazyanı “qanuna hörmət etməyən qəddar fırıldaqçı, dələduzluğu məharət hesab edən şəxs” kimi xarakterizə edib.

Məlum olub ki, cütlük bir müddət əvvəl elektron qandalları açaraq yoxa çıxıb. Polis onların yerini deyən şəxsə 20 000 dollar mükafat vəd edib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR