Körfəz ölkələrinin liderləri – Səudiyyə Ərəbistanında Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının 41-ci zirvə toplantısının iştirakçıları məclis üzvlərinin birliyi və Qətər ətrafında böhranın sona çatması ilə bağlı kommünike imzalayıblar. Sənəd Qətər əmiri Təmim bin Həməd Əl Tani, Küveyt əmiri Nəvaf əl-Əhməd əs-Sabah, Səudiyyə Ərəbistanının şahzadə vəliəhdi Məhəmməd bin Salman, Bəhreynin şahzadə vəliəhdi Salman bin Həməd əl-Xəlifə, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti Məhəmməd bin Rəşid və Omanın Baş nazirinin müavini Fəhd bin Mahmud əl-Səid tərəfindən imzalanıb. Qeyd edək ki, kommünike Doha ilə əlaqələrin normallaşdırılmasını, blokadanın aradan qaldırılmasını, quru, hava və dəniz sərhədlərinin açılmasını nəzərdə tutur. Xatırladaq ki, 2017-ci ilin yayında Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Dohanı terrorizmi dəstəkləməkdə və daxili işlərinə qarışmaqda günahlandıraraq, onunla diplomatik əlaqələrini kəsdiklərini elan etmişdi.
Ərəb dövlətləri Qətərlə münasibətləri normallaşdırdı
Oxunub: dəfə