8 C
Baku
Cümə, Mart 29, 2024

Bizə yaz

Əfqan diasporları “Taliban”ın terrorçu təşkilatlar siyahısından çıxarılması ilə bağlı BMT TŞ-yə müraciət edib

Rusiya və MDB ölkələrindəki əfqan diasporları BMT Təhlükəsizlik Şurasına müraciət edib.

Tvit.az-ın APA-ya istinadən xəbərinə, Rusiya və MDB Ölkələrindəki Əfqan Diasporları Mərkəzinin prezidenti, Əfqan Diasporları Beynəlxalq Şurasının həmsədri Məhəmməd Cəlal Qulam adından yayılan müraciətdə “Taliban” hərəkatının terrorçu təşkilatlar siyahısından çıxarılması xahiş olunub.

““Taliban”la siyasi alverin dayandırılmasını və əfqan xalqı haqqında düşünməyi, reallıqları nəzərə alaraq “Taliban” hərəkatından bütün sanksiyaların götürülməsini, “Taliban”ın qadağan olunmuş təşkilatların siyahısından çıxarılmasını və əfqan xalqının xilası ilə bağlı humanitar əməkdaşlığa başlamağı xahiş edirik. Dünya ictimaiyyəti “Taliban”ı nə qədər tez tanısa, bir o qədər tez öz xalqına və digər ölkələrə qarşı daha təhlükəsiz və humanist münasibət göstərəcək”, – deyə müraciətdə qeyd olunub.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR