27 C
Baku
Bazar, Sentyabr 15, 2024

Bizə yaz

Zelenski Kulebanın yerinə öz müavini təyin etməyi təklif edib

Ukrayna prezidenti Vladimir Zelenski Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə Dmitri Kulebanın yerinə onun birinci müavini Andrey Sibiqanın təyin edilməsini təklif edib.

Tvit.az xəbər verir ki, bu barədə Ali Radada prezidentyönlü Xalqın qulluqçusu partiyasının fraksiyasının rəhbəri David Araxamia bildirib.

O, Zelenskinin fraksiya iclasına gəldiyini təsdiqləyib. “Prezident Vladimir Zelenski bizə qoşuldu, buna görə ona minnətdarıq”, – deyə Araxamiya öz Telegram kanalında yazıb.

Onun sözlərinə görə, Zelenski Kulebanın yerinə əvvəllər prezident aparatında çalışmış Sibiqanın təyin edilməsini təklif edib.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR