19 C
Baku
Çərşənbə, Sentyabr 18, 2024

Bizə yaz

Sumqayıtda açıq ərazidə yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Koroğlu prospektində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-in Mətbuat xidmətindən “Tvit.az”a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində təxminən 1500 kv.m. sahədə açıq ərazidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən avtomobil təmiri sexlərinə və fərdi yaşayış evlərinə keçməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR