22 C
Baku
Bazar ertəsi, Sentyabr 16, 2024

Bizə yaz

Şeyx Portuqaliya və Braziliyaya gedir

Avqustun 16-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Portuqaliyaya yola düşəcək.

QMİ-nin mətbuat xidmətindən Tvit.az-a verilən məlumata görə, şeyxülislam Direktorlar Şurasının üzvü olduğu KAİSİİD Beynəlxalq Dialoq və Əməkdaşlıq Mərkəzinin Lissabon şəhərindəki mənzil-qərargahında qurumun üzvləri ilə görüşəcək.

Avqustun 18-də isə A.Paşazadə Braziliyaya səfər edəcək. Şeyxülislam səfər zamanı avqustun 19-22-də Braziliyanın paytaxtı Brazilia şəhərində keçiriləcək “Heç kimi unutmayın: insanlar və planet üçün tərəfdaşlıq” mövzusunda G20 Dinlərarası Forumunda iştirak edəcək. QMİ sədri dini müstəvidə olan qlobal debatlarda çıxış edəcək.

Səfər G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti Kol Durhamın dəvəti əsasında baş tutacaq.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri G20 çərçivəsində keçirilən dinlərarası forumların daimi iştirakçısıdır və bu günədək baş tutmuş Bolonya (İtaliya), Bali (İndoneziya), Puna (Hindistan) tədbirlərində müxtəlif mövzularda çıxışlar edib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR