15 C
Baku
Cümə, Mart 29, 2024

Bizə yaz

Rusiya Xəzər flotiliyasının iki hərbi gəmisi Bakıya gəlib – FOTO

Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə sentyabrın 18-də Bakıya gəliblər.

Müdafiə Nazirliyindən Tvit.az-a verilən məlumata görə, səfər çərçivəsində gəmi heyətlərinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri komandanlığı tərəfindən qəbulu, eyni zamanda iki ölkənin hərbi donanmaları arasında hərbi əməkdaşlığın müzakirə edilməsi nəzərdə tutulub.
Bundan başqa mədəni və tarixi abidələrlə tanışlıq üçün gəmi heyətlərinin Bakı şəhərində gəzintisi, o cümlədən voleybol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.
Səfər sentyabrın 20-dək davam edəcək.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR