22 C
Baku
Bazar ertəsi, Sentyabr 16, 2024

Bizə yaz

Qarabağ Universitetində yeni TƏYİNAT

Qarabağ Universitetinin Pedaqoji fakültəsinə dekan müavini təyin olunub.

Tvit.az xəbər verir ki, bu barədə universitetin sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, bu vəzifəyə Orxan Abdullayev təyin edilib.

Vurğulanıb ki, Orxan Abdullayev 1995-ci ildə anadan olub. Azərbaycan Dillər Universitetində İngilis dili müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb. 2017-2019-cu illərdə Almaniyanın Mayns şəhərində İohann Quttenberq Universitetində Sosiolinqvistika və çoxdillilik ixtisası, 2019-2021-ci illərdə Romanın La Sapienza Universitetində isə İngilis və Anglo-Amerikan tədqiqatları üzrə ikinci magistr təhsili alıb.

2021-2023-cü illərdə HTP çərçivəsində Macarıstanın Eötvöş Lorand Universitetində Təhsil Elmləri ixtisası üzrə magistr proqramını bitirib.

Hazırda Orxan Abdullayev HTP çərçivəsində Eötvöş Lorand Universitetində Təhsil texnologiyaları üzrə doktorantura təhsili alır, “Süni İntellekt və onun təhsildə istifadəsi” üzrə tədqiqat işləri aparır.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR