23 C
Baku
Çərşənbə, Sentyabr 11, 2024

Bizə yaz

Qadın sürücü Bakıda marketin önündə 3 nəfəri vurdu

Sentyabrın 11-də paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində sürücü G.İsayeva “Toyota” markalı avtomobillə idarəetməni itirərək, marketlərdən birinin qarşısında avtoqəza törədib.

Tvit.az xəbər verir ki, bu barədə Report-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

Onun sözlərinə görə, marketin önündə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə bağlı ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib.

Araşdırma davam etdirilir.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR