25 C
Baku
Şənbə, Aprel 27, 2024

Bizə yaz

İsrail-Suriya sərhəddində eskalasiya riski

İsrail ordusunun bir gecədə Suriyaya hücumundan sonra sərhəddə eskalasiya riski yaranıb.

Tvit.az xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşri yazır.

“Tehran Hizbullaha İsrail ordusunun məhv etdiyi aktivlərə görə kompensasiya vermək üçün əhəmiyyətli səylər göstərir”,- nəşr bildirir.

Qeyd olunur ki, silahlar təşkilata tez çata bilməsi üçün əsasən havadan çatdırılır. Ötən gecə İsrailin Suriyaya endirdiyi hava hücumunun məhz bu yüklərə qarşı yönəldiyi və buna görə də şimal-şərq arenasında bir neçə gərgin gün gözlənildiyi vurğulanır.

İranlılar və suriyalılar da daxil olmaqla heç bir tərəf İsraillə müharibə istəməsə də, ölənlərin sayının çox olması daha geniş eskalasiya riskini artırır.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR