22 C
Baku
Bazar ertəsi, Sentyabr 16, 2024

Bizə yaz

İmişlidə 17 yaşlı qızın toyu təxirə salındı

İmişli Rayon Polis Şöbəsinin müdaxiləsindən sonra rayonda 17 yaşlı qızın toyu təxirə salınıb.

Tvit.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Qeyd olunub ki, faktla bağlı İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün zəruri tədbirlər icra olunub.

Araşdırmalar zamanı qızın 17 yaşının tamam olması məlum olub. Polis əməkdaşları və icra hakimiyyətinin məsul şəxsləri oğlan və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar və bəhs edilən halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Keçirilməsi planlaşdırılan toy məclisi isə təxirə salınıb.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR