Göygöldə bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.
- İki nəfər bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
Xəstəxanaya yerləşdirilən şəxslər 1991-ci il təvəllüdlü Rövşən Əli oğlu Orucov və 1998-ci il təvəllüdlü Mehman İlyas oğlu Orucovdur.