27 C
Baku
Bazar ertəsi, Sentyabr 16, 2024

Bizə yaz

Fransa seçicilərinin yarısı Makronun impiçmenti planlarını təsdiqləyir

Fransa seçicilərinin yarısı sol müxalifətin Emmanuel Makronu respublika prezidenti səlahiyyətlərindən məhrum etmək üçün parlamentdə prosedura başlamaq niyyətini dəstəkləyir.

Tvit.az xəbər verir ki, bunu BFMTV kanalının sifarişi ilə Elabe sosioloji xidmətinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edib.

Bildirilib ki, respondentlərin 49%-i “Tabe olmayan Fransa” sol partiyasının Makronun impiçmentini tələb edən qətnaməni parlamentin Milli Assambleyasına (aşağı palatası) təqdim etmək niyyətini dəstəkləyib, 50%-i isə əleyhinə çıxıb.

Sorğu 27-28 avqust tarixlərində yaşı, cinsi, peşəsi, dini və yaşayış bölgəsi əsasında seçilmiş 18 yaşdan yuxarı 1 min Fransa sakini arasında onlayn rejimdə aparılıb.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR