20 C
Baku
Cümə, Aprel 19, 2024

Bizə yaz

DSX rəisi: “Səngəçal aerodromundan qalxan helikopter “Qaraheybət” təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb”

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) helikopteri təlim məqsədi ilə Səngəçal aerodromundan qalxaraq “Qaraheybət” təlim mərkəzinə eniş edərkən qəzaya uğrayıb.

Tvit.az-ın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-pol­kovnik Elçin Quliyev deyib.

“Bu gün – 30 noyabrda DSX-nın Mİ-17 tipli 20136 bort nömrəli helikopteri təlim məqsədilə Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq “Qaraheybət” təlim meydanı istiqamətinə hərəkətlənib. Helikopter saat 10:36-da təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb”, – deyə DSX rəisi bildirib.

General qəza nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Elçin Quliyev hadisə nəticəsində yaralanan şəxslərin DSX-nin hospitalında müalicə olunduqlarını deyib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR