25 C
Baku
Çərşənbə, Sentyabr 18, 2024

Bizə yaz

Bu nazirin müavinlərinin sayı artırıldı – Fərman


“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Ali Məclis sədrinin Fərmanında dəyişiklik edilib.

Tvit.az xəbər verir ki, sentyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2018-ci il 19 iyul tarixli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavinlərinin sayı 1-dən 2-yə çatdırılıb. Bir müavin ştatının artmasına görə Əsasnamənin müvafiq bənd və yarımbəndlərində uyğunlaşdırma məqsədilə dəyişiklik edilib.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR