21.2 C
Baku
Çərşənbə axşamı, Aprel 23, 2024

Bizə yaz

Böyük qayıdış

Azərbaycan respublikasının prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı dörd saatdan çox davam edib. Dövlət başçısı 35 media qurumunun 50-dək sualını – Azərbaycan, türk, ingilis və rus dillərində cavablandırmaqla digər ölkə başçılarından fərqlənib və demək olar ki, rekorda imza atıb. Media nümayəndələrinə müraciətində prezident belə deyib:
– Bu gün Xocalı soyqırımının 29-cu ildönümüdür. Xocalı faciəsi Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayətdir, soyqırımıdır. Bu soyqırımı nəticəsində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilib. Xocalı soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilib. 44 gün davam edən İkinci Qarabağ muharibəsində Ermənistan ordusunu darmadağın edərək öz tarixi torpaqlarımızı işğalçılardan azad edərək,o cümlədən Xocalı qurbanlarınında qanını alıb.
Prezident həmçinin çıxışında Qarabağ regionunun müasir və ən inkişaf etmiş əraziyə çevriləcəyini söyləyib. İşğaldan azad edilmiş Fizuli rayonunda aeroportun tikilməsi artıq başlayıb. Aeroportun uçuş-enmə zolaqları və aeroportun fəaliyyətini təmin edəcək naviqasiya sistemləri istifadəyə veriləcək. Aeroport beynəlxalq hava limanı olacaq. Aeroport ilə yanaşı Şuşa şəhərinə iki maqistral avtomobil yolu çəkilir. Həmin yollardan birinin adı qələbəmiz şərəfinə “Qələbə yolu”adlandırılacaq. Bunların sayəsində xaricdə yaşayan həmvətənlilərimiz və əcnəbi turistlər Qarabağa gəlmək imkanından yararlanacaq.
Artıq Azərbaycan böyük invetorlar üçün də daha maraqlı ölkəyə çevrilib. Qarabağda böyük iqtisadi layihələrin icrası nəzərdə tutulur. Böyük şəhərlərin baş planları tərtib edilir. Şəhərlərin və kəndlərin inkişafının baş planlarının tərtib edilməsi prosesi artıq başlanılıb. Tərtib olunan “ağıllı kənd”layihəsi artıq icra olunur. 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaradılmalıdır. Cari ilin sonuna qədər layihənin tam başa çatdırılması gözlənilir. İcra olunacaq layihələr bir neçə milyard dollar vəsait tələb edəcək. 3 hava limanı inşa ediləcək, minlərlə kilometr avtomobil yolu çəkiləcək. Bütün bölgələrdə insanların yaşayışı üçün binalar, məktəblər, xəstəxanalar inşa edilməlidir. Bu, böyük zaman tələb edir. Bu səbəbdən dost ölkələrdən olan şirkətlər bərpa işlərinə cəlb olunacaqlar. Şəhərlərin planlaşdırılması, infrastruktur obyektlərinin, yolların, elektrik stansiyalarının tikintisi ilə bağlı sifarişlər artıq verilib. Azad edilmiş ərazilərimiz 10 min km²-dən çoxdur. Buna görə də Azərbaycanın bütün dostları üçün kifayət qədər iş var və əcnəbi investorlar Azərbaycana fəal şəkildə sərmayə qoyacaqlar.
Sonda prezident media işçilərinə təşəkkürünü bildirərək söyləyib:
– Mən sizin vasitənizlə sizin ölkələrinizdə yaşayan insanların diqqətinə Azərbaycanın həqiqətlərinin bir hissəsini çatdıra bildim. Siz indi dağılmış yerlərə səfər etdiniz baxdınız. Bir müddətdən sonra siz o yerləri bərpa edilən yerlər kimi görəcəksiniz.
Səfiyə Məlikova
216 № li tam orta məktəbin müəllimi

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR