31 C
Baku
Çərşənbə, İyul 10, 2024

Bizə yaz

AVRO-2024: Bu gün ikinci finalçı məlum olacaq

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında bu gün yarımfinal mərhələsinə yekun vurulacaq.

“Tvit.az” xəbər verir ki, finala sonuncu vəsiqə uğrunda Niderland və İngiltərə yığmaları üz-üzə gələcəklər. Dortmund şəhərində yerləşən “Siqnal İduna Park” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qarşılaşmanı almaniyalı Feliks Şvayer idarə edəcək.

Qeyd edək ki, turnirin ilk finalçısı Fransanı 2:1 hesabı ilə məğlub edən İspaniya seçməsi olub.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR