20 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

Ağdamda qəza baş verib, xəsarət alanlar var

Ağdamda yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ağır xəsarət alıb.

Tvit.az xəbər verir ki, hadisə Ağdamın Əfətli kəndi ərazisində qeydə alınıb.

  • Ağdam istiqamətində hərəkətdə olan “VAZ-2107” markalı minik avtomobili idarəetməni itirərək işıq dirəyinə çırpılıb.

Nəticədə avtomobildə olan sərnişinlər – Ağdamın Rzalar kənd sakinləri 1994-cü il təvəllüdlü Şirinov Xətai Şəmsi oğlu və 2001-ci il təvəllüdlü Şirinov Şahmar Sevdar oğlu müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Onlara ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR