İsrailin Baş naziri Benyamin Netanyahu İordaniyadan silah və insan qaçaqmalçılığının qarşısını almaq üçün sərhəddə divar çəkməyi planlaşdırdığını bildirib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Çoxşaxəli bir qarşıdurmanın ortasındayıq və bu halda İordaniya ilə şərq sərhədimizin təhlükəsizliyini təmin etməliyik”,- deyə Baş nazir qeyd edib.
Elmin Alışov