19 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

Priqojinin mükafat tapançaları muzeydə nümayiş edildi

Yevgeni Priqojinin üç mükafat tapançası Sankt-Peterburqdakı Artilleriya Hərbi Tarixi Muzeyində nümayiş etdirilib.

Tvit.az xəbər verir ki, bu barədə 78.ru məlumat yayıb.

Nəşrin yazdığına görə, üç tapançadan ikisini Priqojinə Təhlükəsizlik Şurasının katibi və Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqu təqdim edib.

Şoyqu 2015 və 2018-ci illərdə Priqojinə Beretta və Glock tapançaları verib. Vaqnerin keçmiş rəhbəri Sudan prezidentindən başqa tapança alıb.

Muzeydə silah sərgisi sentyabrın 19-da Rusiyada qeyd olunan Silahçılar Gününə təsadüf edib. Orada nümayiş etdirilən silahlar Rusiya Qvardiyasının Sankt-Peterburq və Leninqrad vilayəti üzrə rəhbərliyi tərəfindən 2024-cü ildə muzeyə təhvil verilib.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR