18 C
Baku
Cümə, Sentyabr 20, 2024

Bizə yaz

Hindistan Yerə yaxın orbital stansiyasının yaradılmasına başlayacaq

Hindistan hökuməti Yerə yaxın milli çoxmodullu orbital stansiya olan Bharatiya Antarikşa Stansiyasının (BAS) yaradılması üzrə işlərin başlanmasını təsdiqləyib.

Tvit.az xəbər verir ki, bu barədə SpaceNews məlumat yayıb.

Məlumata əsasən, stansiyanın ilk modulunun 2028-ci ilin dekabrında aşağı Yer orbitinə çıxarılması planlaşdırılıb. Bildirilib ki, Bharatiya Antariksha-nın yerləşdirilməsinin başlanması Hindistanın idarə olunan Qaqanyaan proqramının tamamlanması ilə bağlıdır.

Hindistanın “Qaqanyaan” kosmik gəmisinin ilk insan uçuşu 2025-ci ilin sonunda baş tuta bilər.

Bundan əlavə, qeyd edilib ki, beş modullu Bharatiya Antariksha-nın ümumi çəkisi 52 ton olmalıdır. Yerin orbital hündürlüyü təxminən 400 kilometrdir. Stansiya 6 astronavtı qəbul edə biləcək. Bharatiya Antarikşanın 2035-ci ilə qədər tamamlanması planlaşdırılıb.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR