22 C
Baku
Cümə axşamı, Sentyabr 19, 2024

Bizə yaz

Rusiyadan Səudiyyə Ərəbistana turist axını azalıb – Səbəb

Alkoqolun olmaması Rusiyadan Səudiyyə Ərəbistanına turist axınına maneə adlandırılıb.

Tvit.az xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) vitse-prezidenti Taras Kobişşanov bildirib.

Agentliyin həmsöhbəti qeyd edib ki, bu sahə böyük potensiala malikdir və bu, bir sıra amillərlə məhdudlaşır. “Turistlərimiz üçün çox ciddi bir məhdudiyyət qalır – alkoqol və indiyə qədər bu, keçilməzdir” , – Kobishchanov deyib.

Bundan əlavə, Kobişşanovun sözlərinə görə, rusiyalı turistlərin bu ölkəyə axınını ləngidən səbəb pullu vizadır – onun qiyməti adambaşına 105 dollar (təxminən 9,7 min rubl) təşkil edir ki, bu da bütün ailə üçün əhəmiyyətlidir.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR