Şimali Koreya super böyük döyüş başlığı tutumlu ballistik raketi sınaqdan keçirib.
Tvit.az xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
“Hwasongpho-11-Da-4.5″ adlanan, “4,5 tonluq super böyük döyüş başlığı daşıya bilən” taktiki ballistik raketin sınaq atışı 320 kilometr məsafədə dəqiqliyini yoxlamaq üçün həyata keçirilib”,- məlumatda deyilir.
Elmin Alışov