İsrailin Qəzzaya son 24 saatda təşkil etdiyi hücumlarda 9-u uşaq olmaqla 34 nəfər ölüb.
Tvit.az xəbər verir ki, bu barədə Qəzza Mülki Müdafiə İdarəsinin sözçüsü Mahmud Basal bildirib.
İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 16 min 795-i uşaq, 11 min 378-i qadın olmaqla 41 min 272 fələstinli ölüb, 95 min 551 nəfər yaralanıb.
Elmin Alışov