20 C
Baku
Çərşənbə, Sentyabr 18, 2024

Bizə yaz

ABŞ ilk dəfə olaraq baza dərəcəsini endirib

ABŞ Federal Ehtiyat Sistemi 2020-ci ildən bəri ilk dəfə olaraq baza dərəcəsini illik 4,75-5 faizə endirib.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

İnflyasiya üzrə irəliləyiş fonunda və risk balansını nəzərə alaraq, Federal Açıq Bazar Komitəsi uçot dərəcəsini azaltmaq qərarına gəlib.

Bundan əlavə, iqtisadi fəallıq güclü templə artmaqda davam edir, sənəddə qeyd olunur.

“İnflyasiya Komitənin 2 faizlik hədəfinə doğru irəliləyib, lakin bir qədər yüksək olaraq qalır”, – FED bildirib.

Sənəddə həmçinin qeyd olunur ki, FED inflyasiyanın davamlı olaraq 2 faizə doğru getdiyinə daha çox inam qazanıb.

Aysel Şirinova

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR