Çinin “Sustain Space” şirkəti peykə texniki qulluq üçün vəsait alıb.
Tvit.az xəbər verir ki, bu barədə “SpaceNews” məlumat yayıb.
Məlumata əsasən, Yerə yaxın orbitdən kosmik tullantıların çıxarılması və peyklərə xidmət texnologiyaları ilə məşğul olan Çin şirkəti Sustain Space 1,4 milyon dollar məbləğində maliyyə alıb.
Startap ilkin maliyyəni mart ayında alıb. Şirkət ilin sonunda ilk cihazı təqdim etməyi planlaşdırır.
Aysel Şirinova