Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) oktyabrın 6-da keçiriləcək nüvə elektrik stansiyasının tikintisi ilə bağlı referendum zamanı Qazaxıstana dəstək verməyə hazırdır.
Tvit.az xəbər verir ki, bunu MAQATE rəhbəri Rafael Qrossi deyib.
“MAQATE təhlükəsizlik, müdafiə və beynəlxalq etibarlılıq proqramları təqdim etməklə bu mühüm dövr ərzində Qazaxıstana dəstək verməyə hazırdır”,- deyə o bildirib.
Bundan başqa, Qrossi Nüvə enerjisinin inkişaf etdirilməsi üzrə qlobal səylərdə Qazaxıstanın əsas rolunu qeyd edib. Onun sözlərinə görə, ölkənin bu sahədə həyata keçirdiyi təhlükəsizlik təşəbbüsləri sənayenin inkişafına əvəzsiz töhfə verir.
Aysel Şirinova