Tacikistan Prezidenti Emoməli Rəhmon Astanada keçirilən görüşdə Almaniya kansleri Olaf Şoltsu respublikaya rəsmi səfərə dəvət edib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən, Rəhmon və Şolts iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi və ikitərəfli əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər. Şoltsun Almaniyanın Tacikistanla enerji sektoru, mədənçilik və ətraf mühit məsələlərində əməkdaşlığa maraq göstərdiyi bildirilib.
Aysel Şirinova