22 C
Baku
Çərşənbə axşamı, Sentyabr 17, 2024

Bizə yaz

Abxaziya Gürcüstanla mümkün barışıq elan etdi

Abxaziya Xarici İşlər Nazirliyi Gürcüstan hakimiyyətinin bəyanatlarını barışığın mümkün başlanğıcı adlandırıb.

Tvit.az xəbər verir ki, bu barədə xarici media məlmat yayıb.

“Bu bəyanatın Abxaziya Respublikasını birbaşa narahat etməsə də, qeyd etmək istərdik ki, belə bəyanat dinc birgəyaşayış və xoş qonşu münasibətlərə aparan prosesin başlanğıcı ola bilər”, – nazirlikdən bildirilib.

Xarici İşlər Nazirliyi həmçinin qeyd edib ki, belə bəyanatlar barışıq istiqamətində real addımlarla dəstəklənməlidir.

Nazirlik vurğulayıb ki, Gürcüstan keçmiş səhvləri bir daha təkrarlamalıdır, Abxaziya və Cənubi Osetiya xalqlarından üzr istəməli, siyasi və iqtisadi təzyiqlərdən əl çəkməli və sülh müqaviləsi imzalamalıdır.

Aysel

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR