Vilnüs Kiyevə uzaqmənzilli silahların inkişafı üçün 10 milyon avro verəcək.
Tvit.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov bildirib.
O, Telegram kanalında yazıb : “Litva Ukraynaya uzun mənzilli imkanlarımızı, xüsusən də Palyanitsa dron raketini maliyyələşdirmək üçün Ukraynaya 10 milyon avro ayırır”.
Sentyabrın 11-də Litva Prezidenti Gitanas Nauseda Kiyevə səfər edib və burada Litva-Ukrayna müdafiə sənayesi biznes forumunun açılışında iştirak edib.
Daha əvvəl Kiyevdə onlar uzun mənzilli pilotsuz uçuş aparatlı raketin hazırlanması barədə məlumat veriblər. Bundan əlavə, Ukraynanın öz ballistik raketinin ilk uğurlu sınaqlarını keçirdiyi iddia edilib.
Aysel Şirinova