16 C
Baku
Bazar, Sentyabr 15, 2024

Bizə yaz

MSK bu dairələrdən olan şikayətləri araşdırır

“Mərkəzi Seçki Komissiyası daxil olan 4 müraciəti baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərib”.

“Tvit.az” xəbər verir ki, bununla bağlı Komissiyanın bu gün keçirilən iclasında qərar layihələri müzakirə edilib.

Belə ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd Aras Şahverdiyev, 31 saylı Suraxanı seçki dairəsindən Mahmud Mahmudov, 11 saylı Binəqədi-Qaradağ seçki dairəsindən namizəd Fəxrəddin Mehdiyev seçki məntəqələrində qayda pozuntularına yol verilməsi ilə bağlı MSK-ya şikayət ərizəsi göndərib.

69 saylı Biləsuvar seçki dairəsindən daxil olan müraciət isə müəyyən edilmiş vaxtı keçdiyindən ərizəçiyə geri qaytarılıb.

Qeyd edək ki, qərarlar səsverməyə qoyularaq qəbul olunub.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR