İsrail hökuməti Qəzzanın şimalını ilhaq etməyə və bu bölgədə israillilər üçün məskunlaşma yerləri qurmağa hazırlaşır.
Tvit.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzetinin redaktoru Aluf Benn bildirib.
“İsrail Qəzzanın şimalından Netzarim dəhlizinə qədər bölgədə nəzarəti saxlamağa çalışacaq. Bu bölgə beynəlxalq müqavimət dərəcəsinə uyğun olaraq mərhələli şəkildə məskunlaşma və ilhaq üçün hazırlanacaq”,- məlumatda deyilir.
Elmin Alışov