22 C
Baku
Bazar ertəsi, Sentyabr 16, 2024

Bizə yaz

“Sədərək”də patronlar və sandıqça aşkarlandı

Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunda Türkiyə Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik nəqliyyat vasitəsi rentgen qurğusundan keçərkən monitorda şübhəli təsvirlər müşahidə olunub və avtomobil əsaslı yoxlamaya cəlb edilib.

İdarədən Tvit.az-a bildirilib ki, yoxlama zamanı avtomobilin ön sərnişin oturacağının altındakı boşluqdan yivli odlu silahlarda istifadə edilməsi nəzərdə tutulan 23 ədəd 7,62×39 mm kalibirli patron və 1 ədəd sandıqça aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR