19 C
Baku
Çərşənbə, Sentyabr 18, 2024

Bizə yaz

Füzuli rayonunda yol qəzası baş verib

Füzuli rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün Füzuli rayonunun Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun 4 saylı Qayıdış qəsəbəsi ərazisində qeydə alınıb. Şükürov Nicat Qafar oğlunun idarə etdiyi 19-BK-960 dövlət nömrə nişanlı “Toyota Corolla” markalı avtomobil və Bəylərov Elgün Sərkar oğlunun sükan arxasında olduğu 19-BK-282 dövlət nömrə nişanlı “VAZ-2106” markalı minik maşını toqquşub. Hadisə nəticəsində VAZ markalı avtomobilin sürücüsü hadisə yerində ölüb, xəsarət alan iki nəfər – “Toyota Corolla” markalı avtomobilin sürücüsü və sərnişin İsmayılov Səlim Mərdan oğlu Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub: dəfə

OXŞAR XƏBƏRLƏR

- Reklam -

SON XƏBƏR