Göyçayda bir ailənin 4 üzvü qidadan zəhərlənib.
APA xəbər verir ki, Göyçayın Xəlitli kənd sakinləri – Əhmədova Malikə (1990-cı il təvəllüdlü), Əhmədova Sədaqət (1958), Əhmədov Turan (2014) və Əhmədzadə Zərinə (2018) zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
- Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
İlkin məlumata görə, ailə üzvləri lavaşdan zəhərləndiklərini bildiriblər.
Faktla bağlı araşdırma aparılır.