Avropa İttifaqı (Aİ) Ukraynanın qış dövrünə hazırlığına töhfə vermək üçün 40 milyon avroluq humanitar yardım ayıracaq.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Açıqlamada 40 milyon avronun ukraynalıların ehtiyacları üçün ayrıldığı, bunun 35 milyon avrosunun Ukraynadakı humanitar yardım layihələrinə, 5 milyon avrosunun isə Moldovada ukraynalıların dəstəklənməsinə sərf ediləcəyi qeyd edilib.
Elmin Alışov