Avropa Komissiyası Əlavə olaraq Ukraynanın enerji infrastrukturu üçün 40 milyon avro ayırıb.
Tvit.az xəbər verir ki, bunu Aİ-nin başçısı Ursula von der Leyen deyib.
“Biz təmir, elektrik, istilik və mənzil üçün 40 milyon avro məbləğində yeni paketlə ehtiyacı olan ukraynalılara humanitar yardımı artırırıq”, – deyə o, X sosial şəbəkəsində yazıb.
Bundan əvvəl İsveç də Ukraynaya enerji tədarükü üçün əlavə 48,75 milyon dollar ayırmaq qərarına gəlib.
Aysel Şirin