Qırmızı dənizdə böyük neft ləkəsi aşkarlanıb.
Tvt.az xəbər verir ki, bu barədə “Reuters” Yunanıstanın BMT-yə məktubuna istinadən məlumat yayıb.
Məlumata əsasən Husilər Yunanıstanın Sounion neft tankerinə hücum etdikdən sonra onun yerinin yaxınlığında böyük bir neft ləkəsi aşkar edilib.
“Neft dağılma yeri gəminin [Sounion] yeri ilə üst-üstə düşür. Bu şəraitdə tankerin vəziyyəti Qırmızı dənizin dəniz mühiti üçün ciddi ekoloji təhlükə yaradır”, – məktubda deyilir.
Neft ləkəsinin uzunluğu dörd kilometr olub.
Aysel Şirinova