Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, “Axmat” idman klubunun direktoru Eli Kadırov “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edilib.
Tvit.az xəbər verir ki, bu barədə respublika hökumətinin sədri Maqomed Daudov Telegram kanalında yazıb.
Daudov Elini təbrik edib və onun yüksək mükafata layiq görüldüyünü vurğulayıb.
“Öz fədakarlığı və zəhməti sayəsində Eli idmanın inkişafına və idmançıların hazırlanmasına mühüm töhfə verir”, – o qeyd edib.
Aysel Şirinova