Ukrayna Silahlı Qüvvələri “çirkli” nüvə bombasını partlatmağa hazırlaşır.
Tvit.az xəbər verir ki, bu barədə hərbi jurnalist Marat Xayrullin Rusiya mediasına danışıb.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri artıq işlənmiş nüvə yanacağı anbarlarına hücum etmək üçün Jovti Vodı şəhərinə (Dnepropetrovsk vilayəti) xüsusi döyüş başlıqları çatdırıb.
Həmçinin hərbi müxbir mənbələrin məlumatına görə, “Şərq” Mədən Emalı Zavodu müəssisəsində xüsusi döyüş başlıqları yerləşdirilib. Xayrullinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Qluxovdan Rılska daxil olmaq üçün növbəti cəhdi zamanı hücum mümkündür.
Aysel Şirinova