Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində köşkdə baş verən yanğın söndürülüb.
Bu barədə “Tvit.az”a FHN-dən bildirilib.
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
“Tvit.az” FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğnla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.