ABŞ, Misir və Qətər İsrail və HƏMAS-ı danışıqlar masasına qayıtmağa çağırıb.
Tvit.az xəbər verir ki, bu barədə Ağ Evin saytında üç ölkənin birgə bəyanatında bildirilir.
“Hər iki tərəfin gecikməsi üçün artıq vaxt və bəhanə yoxdur. Girovları azad etmək, atəşkəsə başlamaq və bu razılaşmanı həyata keçirmək vaxtı çatıb”, – deyə bəyanatda deyilir.
Elmin Alışov