Gürcüstanın Buğda və Un İstehsalçıları Assosiasiyası Rusiyadan buğda ununun idxalına müvəqqəti rüsumun növbəti dəfə uzadılmasına çağırıb.
Tvit.az xəbər verir ki, bu barədə Assosiasiyanın icraçı direktoru Levan Silagava danışıb.
“Bu rüsum un, arpa və kəpək idxalına tətbiq edilən vergidir, əgər rüsum uzadılacaqsa, bu, uzunmüddətli perspektivdə, o cümlədən buğda saxlayanların tədarük məsələsini ardıcıl olaraq nəzərdən keçirmələrini asanlaşdıracaq”,- deyə o bildirib.
Aysel Şirinova