Amerika Birləşmiş Ştatları Rusiya-Çin “Maritime Interaction – 2024” məşqlərini yaxından izləyir.
Tvit.az xəbər verir ki, bunu Pentaqonun nümayəndəsi Hərbi Hava Qüvvələrinin general-mayoru Patrik Rayder keçirdiyi brifinqdə bildirib.
“Biz onları diqqətlə izləyirik və bundan sonra da edəcəyik”.
Bundan əvvəl Çin Xalq Respublikasının Müdafiə Nazirliyi bildirmişdi ki, Rusiya və Çinin “Dəniz qarşılıqlı təsiri – 2024” hərbi məşqləri iki dövlət arasında hərtərəfli strateji qarşılıqlı əlaqənin möhkəmlənməsinə kömək edəcək.
Aysel Şirinova